Yeddi Avropa ölkəsi Türkiyəyə qapılarını bağladı - SƏBƏB

Son illərdə Avropa ölkələri Türkiyədən gələn viza müraciətlərini sistematik şəkildə rədd etmək siyasəti həyata keçirib və Türkiyəli səyahətçilərin viza müraciətlərinə mənfi cavab alma faizi rekord həddə çatıb. Milli.Az xəbər verir ki, həm iqtisadi üstünlükləri, həm də Türkiyəyə yaxınlığı səbəbindən məşhur tətil məkanı olan Yunan adaları, həddindən artıq izdiham və türk turistləri hədəf alan gömrük siyasəti səbəbindən narazılıq mənbəyinə çevrilib. Türk turistlər saatlarla Yunanıstan gömrük məntəqəsində gözləyiblər, növbələr bir kilometri keçib. Digər tərəfdən, Avropa ölkələri, əsasən siyasi hadisələri əsas gətirərək, Türkiyədən gələn müraciətləri ən yüksək səviyyədə rədd etməyə başlayıblar. Türkiyədən gələn viza müraciətlərinin təxminən 20%-ni rədd edən 7 ölkənin olduğu açıqlanıb. Malta ada ölkəsi isə 34,8%-lik rədd nisbəti ilə birinci yerdədir. Türkiyə vətəndaşlarını ən çox rədd edən və viza almağın ən çətin olduğu 7 Avropa ölkəsi: - Malta (34,8 faiz) - Polşa (29,3 faiz) - İsveç (26,5 faiz) - Norveç (24,7 faiz) - Finlandiya (21,2 faiz) - Almaniya (21,1 faiz) - Danimarka (19,2 faiz) Milli.Az