Prezident İlham Əliyev: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq
Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq. Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Düzgün enerji siyasətinin bizə indi Azərbaycandan kənara investisiya qoymağa imkan verdi.yini söyləyən dövlətimizin başçısı vurğulayıb: "30 il əvvəl investorları cəlb etdiyimiz bir dövr idi. İndi investisiyalarımızı xaricə yönəldirik. Bu gün dövlət neft şirkətimiz SOCAR Yaxın Şərqə, Afrikaya, Mərkəzi Asiyaya investisiya qoyur və coğrafiya isə böyüyəcək"./AZƏRTAC Milli.Az

Şərh verin