“Ay-ulduzlular” DÇ-2026 öncəsi ilk oyuna çıxır
DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək. “Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olacaq. İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək. Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.

Şərh verin