Yeddinci mərtəbədən yıxılan 11 yaşlı qız öldü
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə mayın 30-u saat 15 radələrində Nizami rayonu Bəhruz Nuriyev küçəsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb. Binanın 7-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü Lalə Alim qızı mənzilin eyvanından yıxılaraq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərh verin