Güclü maqnit qasırğası olacaq - Bu tarixdə...

İyun ayının ilk günlərində Günəş aktivliyinin artması səbəbindən geomaqnit sahəsində dəyişikliklər gözlənilir. Milli.Az xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, 1 iyunda maqnit sahəsi sakit (2-3 K-indeks) olacaq. 2 iyunda aktivlik 4 bala yüksələrək həssas insanlarda yüngül baş ağrısı və yuxu pozğunluqlarına səbəb ola bilər. Ən gərgin gün 3 iyun hesab olunur. Həmin gün 5-6 bal gücündə maqnit qasırğası proqnozlaşdırılır ki, bu da meteohəssas insanlarda təzyiq dəyişiklikləri və halsızlıq yarada bilər. 4 iyunda qasırğa zəifləsə də, aktivlik 4 bal səviyyəsində qalacaq. 5 iyunda isə geomaqnit sahəsinin yenidən sabitləşəcəyi gözlənilir. Milli.Az