Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu

Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Milli.Az-ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (APA) Milli.Az