37 yaşlı kişi öldürüldü — Qaynı saxlanıldı

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib. “Qafqazinfo”nun xəbərinə görə, hadisə ötən gün rayonun 28 May qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, Yevlax sakini 1989-cu il təvəllüdlü Qəlbinur Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Hadisədə onun bacısının əri, 30 yaşlı Taleh Qurbanov şübhəli bilinir. Yevlax sakini olan T.Qurbanov artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Ziya Əmirxanlı