Türkiyədə gənc reper vəfat etdi — Fotolar

AISHE səhnə adı ilə tanınan türkiyəli gənc reper Tuğçe Ayşə Güler ​​dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, məlumatı onun bacısı sosial şəbəkədə bildirib. “Mən onun bacısıyam, böyük bacım dünyasını dəyişdi. Başımız sağ olsun”,- deyə o, paylaşımında vurğulayıb. Gənc reperin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.