Kür sahilində 18 yaşlı gəncin meyiti tapıldı

Samux rayonunda Kür çayının sahilindən 18 yaşlı gəncin meyiti aşkarlanıb. “Qafqazinfo” xəbər verir ki, 2008-ci il təvəllüdlü Emin Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata əsasən, yeniyetmə ürək tutmasından vəfat edib. Bildirilib ki, o, bir müddət əvvəl ürək əməliyyatı keçiribmiş. Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır. Yunis Quliyev