TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Zara Nigar İbrahimovaya həvalə edilib. Milli.Az Trend.Az-a istinadən xəbər verir ki, o, bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu. Milli.Az

Şərh verin