Min Aung Hlaing Prezident İlham Əliyevi təbrik edib

Myanma İttifaqı Respublikasının Prezidenti Min Aung Hlaing Prezident İlham Əliyevə məktub ünvanlayıb. Milli.Az xəbər verir ki, məktubda qeyd olunub: "Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Zati-alinizə və xalqınıza Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". Milli.Az