Kürdəmirdə məktəblinin meyiti tapıldı

Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib. 2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər. Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.