"Yuventus" dünya çempionunu transfer edir
"Yuventus" yay transfer pəncərəsində qapı xəttini gücləndirmək istəyir. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin əsas hədəflərindən biri "Aston Villa"nın çərçivə qoruyucusu Emiliano Martinesdir. Klub rəhbərliyi 33 yaşlı qolkiperin transferinin kifayət qədər böyük məbləğə başa gələcəyini yaxşı anlayır. Lakin buna baxmayaraq, italyanlar yaxın günlərdə bu keçidin maliyyə və idman imkanlarını dərindən araşdırmağı planlaşdırırlar. Diqqətçəkən digər bir məqam isə odur ki, yalnız Martines deyil, "Tottenhem"in qapıçısı Quyelmo Vikario da "Yuventus"un potensial transfer siyahısında özünə yer tapıb. Milli.Az

Şərh verin