Maştağadakı güclü yanğın söndürüldü — Video - Yenilənib
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. *** Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.

Şərh verin