Polisdən əməliyyat - Keçmiş məhkum həbs edildi
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb. Milli.Az xəbər verir ki, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Milli.Az

Şərh verin