Rafael Məmmədovun bu paylaşımına görə 15 il həbs verildi
Murmanskda azərbaycanlı gənc həbs olunub. Milli.Az Musavat.com-a istinadən xəbər verir ki, Rafael Məmmədov dövlətə xəyanətdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Məlumata görə, o, Teleqram platformasında fəaliyyət göstərən "Azad Laplandiya" kanalında Murmanskla bağlı memlər paylaşdığı üçün cəzalandırılıb. Bildirilir ki, sözügedən kanalın cəmi 300 abunəçisi var. Qeyd edək ki, Rafael Məmmədov Murmansk Dəniz Akademiyasının keçmiş tələbəsidir. Milli.Az

Şərh verin