NATO Baş katibi Kiyevdədir — Fotolar
NATO-nun Baş katibi Mark Rutte Kiyevə səfər edib. “Qafqazinfo” xəbər verir ki, Ukrayna Dəmir Yollarının sosial şəbəkə hesabında Ruttenin paytaxtın vağzalında qarşılanmasının görüntüləri paylaşılıb. “Bu gün Kiyev vağzalında NATO-nun Baş katibi Mark Rutteni sevinclə qarşılayırıq. Bu da əvvəlki səfərlər qədər son dərəcə vacibdir, çünki bu, həmrəylik və dəstək jestidir”, - məlumatda deyilir.

Şərh verin