Millimiz Pakistan yığması ilə qarşılaşacaq

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyununda qüvvəsini sınayacaq. “Qafqazinfo” xəbər verir ki, Ruy Jorjenin rəhbərlik etdiyi kollektiv Pakistan yığması ilə üz-üzə gələcək. Bu barədə milli komandanın mətbuat xidməti məlumat yayıb. Qarşılaşma iyunun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək və saat 17:30-da start götürəcək.