Nə qədər cəhd etsə də, göyərçini uçura bilmədi — Video
Ermənistanın Baş naziri Nikol Paşinyan iki dəfə cəhd etsə də, göyərçini uçura bilməyib. “Qafqazinfo” xəbər verir ki, hadisənin görüntüləri Paşinyanın “Facebook” hesabında canlı yayımlanıb. Belə ki, Geğarkunik vilayətində seçicilərlə görüş zamanı Baş nazirə sülh rəmzi olan göyərçini uçurmaq təklif olunub. Hökumət başçısı quşu uçurmağa çalışsa da, birinci cəhddə geri qayıdıb, ikincində isə ümumiyyətlə yerə düşüb. O, göyərçini yerdən qaldırıb əlinin üzərinə qoyub. Quşun uçmadığını görən Paşinyan onu sahibinə qaytarıb. Həmin anın görüntülərini təqdim edirik:

Şərh verin