Mingəçevirdə 5 yaşlı qızı maşın vurdu
Mingəçevirdə 5 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, şəhər ərazisində “Lexus” markalı avtomobil 5 yaşlı qızı vurub. Hadisədən dərhal sonra sürücü və ətrafdakı vətəndaşların köməyi ilə yaralı uşaq xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ziya Əmirxanlı

Şərh verin