Tovuzda ağır qəza — Ölən və yaralananlar var

Tovuz rayonunda ölümlə nətinəcələnən yol-nəqliyyat hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dönük Qırıqlı kəndi ərazisində baş verib. “VAZ-2106” və “Mitsubishi Pajero” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü ölüb. İlkin məlumata görə, daha iki nəfər xəsarət alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma başlanılıb. *** Hadisə nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub. Belə ki, qəzada 1961-ci il təvəllüdlü Nağıyev Ədalət Xanoğlan oğlu həyatını itirib. Yunis Quliyev