İrəvanda mitinqdə azərbaycanca səs yazısı — Video

Rusiyalı oliqarx Samvel Karapetyanın İrəvanda keçirilən mitinqində Azərbaycan dilində səs yazıları səsləndirilib. “Qafqazinfo” xəbər verir ki, bu haqda teleqram kanalları görüntülər paylaşıb. Belə ki, onun tərəfdaşları revanşist əhval-ruhiyyəni qızışdırmaq üçün Azərbaycanca səsyazıları səsləndirib və toplaşanları azərbaycanlılarla ürkütməyə cəhd ediblər. Səs yazısında İrəvana gedib erməni mənzilində məskunlaşan azərbaycanlı ailə təsvir edilib.