Ağdaşdakı qəzada yaralanan ikinci qardaş da öldü
Ötən gecə Ağdaşda baş vermiş qəza da xəsarət alan şəxs xəstəxanada vəfat edib. “Qafqazinfo” xəbər verir ki, Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin ağaca çırpılması nəticəsində yaralanan 41 yaşlı Ramil Həsənov xəstəxanada ölüb. Qeyd edək ki, onun qardaşı 37 yaşlı Elgün Həsənov hadisə yerində vəfat etmişdi. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərh verin