Polşa iki ölkə ilə hava hərəkətini məhdudlaşdırdı
Polşanın şərq hissəsində, Belarus və Ukrayna ilə sərhədlər boyunca hava hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Milli.Az bildirir ki, Polşa Hava Naviqasiyası Xidmətləri Agentliyinin (PANSA) yaydığı məlumata görə, ölkənin milli təhlükəsizliyinin təmin edilməsi məqsədilə Silahlı Qüvvələrin Operativ Komandanlığının müraciəti əsasında 10 iyun - 9 sentyabr 2026-cı il tarixləri arasında hava hərəkəti ilə bağlı xüsusi məhdudiyyətlər qüvvədə olacaq. Agentliyin təqdim etdiyi xəritələrə əsasən, məhdudiyyət zonası Belarus və Ukrayna ilə sərhəd xəttini demək olar ki, tam uzunluğu boyunca əhatə edir. PANSA bildirib ki, tətbiq edilən məhdudiyyətlər 3 kilometrdən yüksək hündürlükdə həyata keçirilən sərnişin aviasiyası uçuşlarına şamil olunmur. Buna görə də mülki sərnişin reyslərinin əksəriyyətinin fəaliyyətində ciddi dəyişiklik gözlənilmir. Qeyd olunur ki, qərar ölkənin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul edilib. Ayxan Milli.Az

Şərh verin