Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq — Bu tarixədək

Artıq Bak-Ağstafa-Bakı marşrutu üzrə səfərlər 13 iyundan başlayaraq 31 avqusta qədər hər şənbə və bazar təşkil olunacaq. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb. Qeyd olunub ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.