Maşını yumağa verdi, qiymətli boyunbağısından oldu
Bakının Yasamal rayonunda yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb. Milli.Az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin