İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Livanın Baş naziri Nəvaf Salam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək. Zati-aliləri, ən yüksək ehtiramlımı qəbul etməyinizi xahiş edir”.