Qalmaqallı məmura cinayət işi açıldı — Yenilənib

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo” Bakupost-a istinadən xəbər verir ki, Ş.Qənbərli həmyerlisinin şəxsi həyatına dair məlumatları gizlicə lentə alıb yaymaqda ittiham edilir. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Ş.Qənbərli daha əvvəllər evli qadını qaçırması ilə bağlı gündəmə gəlib. Həmin vaxt o, şöbə müdiri vəzifəsindən çıxarılaraq RİH-də baş məsləhətçi təyin edilmişdi. Lakin bir müddət əvvəl həmin vəzifəsindən də azad olunmuşdu. *** Saytımıza açıqlamasında Ş. Qənbərli bildirib ki, haqqında yazılan məlumatlar şər-böhtan xarakterlidir: “Şəxsin hər hansı cinayət işi üzrə təqsirli bilinməsi və məsuliyyətə cəlb olunması yalnız məhkəmə qərarından sonra müəyyən olunur. Qeyd etmək istəyirəm ki, çalışdığım müddətdə və ondan sonra heç bir cinayət işinə cəlb olunmamışam”.