Badamdarda açıq ərazidə başlayan yanğın belə söndürüldü — Video
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb. Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Şərh verin