İranda 4,8 ballıq zəlzələ oldu
İranın Fars vilayətinin Baladə şəhərində 4,8 maqnitudalı zəlzələ qeydə alınıb. Milli.Az-ın məlumatına görə, zəlzələ bu gün saat 19:08-də yerin 8 kilometr dərinliyində baş verib. Hazırkı mərhələdə zəlzələ nəticəsində mümkün zərər və ya itkilərlə bağlı məlumat daxil olmayıb. Milli.Az

Şərh verin