Azərbaycanın qadın voleybol millisi İsveç yığmasına uduzdu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, komandamız bu gün Bakıda 1-ci mərhələ çərçivəsində İsveç yığması ilə qarşılaşıb. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 7-də Estoniya millisinə qarşı keçirəcək. Sabah isə İsveç və Estoniya kollektivləri üz-üzə gələcəklər. Oyunun nəticəsi 5 iyun İsveç - Azərbaycan 3:0 (25:19, 25:14, 25:23)

Şərh verin