Braziliya millisi qalib gəldi

Braziliya milli futbol komandası yoldaşlıq oyununda Misir komandasını 2-1 hesabı ilə məğlub edib. Milli.Az Trend -ə istinadən bildirir ki,  görüş ABŞ-nin Klivlend şəhərində keçirilib. Qalib komandanın heyətində qolları Bruno Qimarayns (7-ci dəqiqə) və Endrik (52) vurublar. Misirin millisinin heyətində Mostafa Ziko (11) fərqlənib. Milli.Az