DÇ-yə pəncərəsiz avtobusla getdilər — Video
Kürasao milli komandasının Dünya Çempionatına gedişi maraqlı anlarla yadda qalıb. “Qafqazinfo” xəbər verir ki, komanda pəncərəsiz, köhnə tipli məktəb avtobusu ilə DÇ-yə yollanıb. Sadə görünüşə baxmayaraq, avtobusun içində səslənən musiqi və futbolçuların yüksək əhval-ruhiyyəsi diqqətdən qaçmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə futbolçuların ritmə uyğun şəkildə mahnı oxuduğu pozitiv anlar əks olunub. Avtobusun retro görünüşü isə izləyicilər tərəfindən maraqla qarşılanıb.

Şərh verin