Roman Abramoviç niyə Zelenski ilə görüşdü?

Ukrayna Prezidenti Vladimir Zelenski ilə rusiyalı oliqarx Roman Abramoviç arasında Kiyevdə görüş keçirilib. Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna deputatı Aleksey Qonçarenko Rusiya lideri Vladimir Putinin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda verdiyi bəyanatı şərh edərkən bildirib. Deputatın sözlərinə görə, Putin Zelenskinin məktubuna cavab verərkən ilk dəfə olaraq rusiyalı biznesmenlərdən birinin Kiyevə səfər etdiyini qeyd edib. Rusiya lideri bildirib ki, həmin oliqarx Ukrayna prezidentinin dəvəti ilə Ukrayna paytaxtına gəlib və mayın 21-də onun iqamətgahında olub. Qonçarenko iddia edir ki, belə bir görüş həqiqətən baş tutmuş ola bilər. Onun məlumatına görə, söhbət məhz Roman Abramoviçdən gedir. O, həmçinin bildirib ki, rusiyalı biznesmen Zelenski ilə görüşmək, Ukrayna ilə Rusiya arasında məlumat ötürmək məqsədilə Kiyevə səfər edib. Milli.Az