Ermənistanda parlament seçkisində səsvermə prosesi başa çatdı

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi rəsmən yekunlaşıb. “Qafqazinfo” xəbər verir ki, saat 20:00-dan etibarən ölkənin bütün ərazisində açılmış 2005 seçki məntəqəsinin hamısı bağlanıb. Məntəqələr bağlandıqdan dərhal sonra seçki komissiyaları tərəfindən səslərin hesablanmasına start verilib.