İlkin nəticələr açıqlandı — Paşinyanın partiyası öndədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkisində səslərin 56.7 faizi ilə liderlik edir. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Civic News” internet resursu “Exit-poll” nəticələrinə istinadən məlumat yayıb. Bildirilib ki, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası isə 17.5 faiz səs toplayır. *** Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı məlumatlara görə, Paşinyanın partiyası səslərin 57,14%-ni toplayaraq liderlik edir. “Vətəndaş Müqaviləsi” Partiyası (Nikol Paşinyan) – 11 min 73 səs (57.14 %) “Güclü Ermənistan” Bloku – 4.152 səs (21.43 %) “Ermənistan” Bloku (Robert Koçaryan) – 1.590 səs (8.21 %) “Çiçəklənən Ermənistan” Partiyası (Qagik Tsarukyan) – 988 səs (5.1 %) “Birliyin Qanadları” Partiyası – 488 səs (2.52 %) “Demokratiya, Qanun, İntizam” Partiyası – 231 səs (1.19 %) Seçkidə iştirak edən digər kiçik siyasi qüvvələr, o cümlədən “Hamıya Qarşı” Demokratik Partiyası (0.86%), “Respublika” Partiyası (0.49%), “Maarifçi Ermənistan” Partiyası (0.45%) və Erməni Milli Konqresi (0.15%) hələlik 1 faizlik səs baryerini belə keçə bilməyiblər.