Azərbaycandan Gürcüstana qanunsuz keçmək istədi

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı tutulub. Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən Nigeriya Federativ Respublikası vətəndaşı - 1995-ci il təvəllüdlü Olabıyı Kazeem Adısa saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Milli.Az