Gecə saatlarında piyadanı “Kamaz”la vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, S.Abbasov saat 01:35 radələrində idarə etdiyi “Kamaz” markalı avtomobillə Zabrat qəsəbəsində yerləşən “Ayxan market”in qarşısında yolu keçən piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.

Şərh verin