Ardıcıl 3 gün iş OLMAYACAQ
Ölkəmizdə ardıcıl 3 qeyri-iş günü olacaq. Milli.Az xəbər verir ki, ölkəmizdə 15 iyun - Milli Qurtuluş Günü kimi qeyd olunur. 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən, həmin gün qeyri-iş günü hesab edilir. 13 və 14 iyun tarixləri isə şənbə-bazara təsadüf edir. Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün bu həftə ardıcıl üç gün iş olmayacaq. Milli.Az

Şərh verin