Rusiya Ermənistandakı seçkiləri pislədi
Ermənistanda keçirilən seçkilər müxalifətə qarşı görünməmiş təzyiqlər və Qərbin müdaxiləsi şəraitində baş tutub. Milli.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, təqiblərdən ölkədə ənənəvi olaraq böyük nüfuza malik olan Erməni Apostol Kilsəsi də kənarda qalmayıb. "Bütün bunlar İrəvan tərəfindən demokratik prinsiplərin və azad seçkilərin keçirilməsi prosedurlarının kobud şəkildə pozulmasıdır", - deyə Zaxarova qeyd edib. Rusiya XİN nümayəndəsi vurğulayıb ki, təqiblər yalnız Ermənistanın Rusiya ilə müttəfiqliyinin möhkəmləndirilməsini, ölkənin Avrasiya inteqrasiyasında iştirakının davam etdirilməsini və "Avropa İttifaqına üz tutan çıxılmaz kursdan" imtina edilməsini müdafiə edən siyasi qüvvələrə qarşı yönəlib. Milli.Az

Şərh verin