Şamil Əzizov nazir müşaviri təyin edildi
Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə müşavir təyin edilib. “Qafqazinfo” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, mayın 22-dən etibarən nazirin müşaviri vəzifəsini icra edir. Qeyd edək ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində çalışıb.

Şərh verin