Baş nazir Vyetnamın Baş prokuroru ilə görüşdü — Fotolar
Baş nazir Əli Əsədov iyunun 8-də Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tienlə görüşüb. “Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub. Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.

Şərh verin