Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Prezident İlham Əliyevə məktub ünvanlayıb. Milli.Az xəbər verir ki, məktubda qeyd olunub: "Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Panama xalqı və Hökuməti adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi, xalqınıza davamlı rifah və tərəqqi arzularımı çatdırmaqdan şərəf duyuram. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edərkən, Panama ilə Azərbaycanı birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da möhkəmləndirməklə bağlı səmimi arzumuzu bildirməklə yanaşı, sülhə və inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik". Milli.Az