9-cu sinif şagirdindən uğurlu nəticə – FOTO

Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdi təhsilini fərqlənmə ilə başa vurub. Milli.Az manset.az-a istinadən xəbər verir ki, Eyvazlı Ahu Akif qızı 9 illik ümumi orta təhsil pilləsini böyük müvəffəqiyyətlə tamamlayıb. Nümunəvi davranışı və yüksək göstəriciləri ilə seçilən Ahu Eyvazlı orta məktəbin 9-cu sinfini fərqlənmə attestatı (Qırmızı attestat) ilə bitirib. ​Təhsil aldığı müddətdə dərslərinə qarşı nümayiş etdirdiyi məsuliyyət və intizam sayəsində müəllim kollektivinin və sinif yoldaşlarının rəğbətini qazanan şagird bu uğuru ilə həm ailəsini, həm də oxuduğu liseyi qürurlandırıb. ​Qeyd edək ki, Bakı İstanbul Liseyinin rəhbərliyi və müəllim heyəti də Ahu Eyvazlını bu nailiyyəti münasibətilə təbrik edib, ona növbəti təhsil pillələrində və gələcək həyatında yeni uğurlar arzulayıb. Milli.Az