Turanın axtarışları davam edir — Foto

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında batıb. “Qafqazinfo”nun məlumatına görə, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsinə düşüb. Hazırda məktəblinin axtarış-xilasetmə tədbirləri davam etdirilir. T. Mirişovun fotosunu təqdim edirik: Ziya Əmirxanlı