“Barselona”nın növbəti baş məşqçi namizədi müəyyənləşdi

"Barselona" gələcəkdə Hansi Flikin yerinə baş məşqçi təyin etmək üçün əsas namizəd kimi Sesk Fabreqası görür. Milli.Az xəbər verir ki, Kataloniya klubu hazırda "Komo 1907"yə rəhbərlik edən Fabreqasla 2028-ci ildə mümkün təyinatla bağlı ilkin təmas qurub. Bir neçə ay əvvəl "Barselona" rəhbərliyi "Komo" klubu ilə də Fabreqasın gələcəyi barədə müzakirələr aparıb. Qeyd edək ki, Hansi Flikin müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq. (Offsideplus.az) Milli.Az