Şadlıq sarayının qarşısında insident — 5 nəfər saxlanıldı
Paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən şadlıq saraylarından birinin qarşısında baş verən insidentin qarşısı polis əməkdaşları tərəfindən alınıb. DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, ictimai qaydanı pozan 5 nəfər sərxoş vəziyyətdə polis şöbəsinə gətirilib. Həmin şəxslər ağır dərəcədə sərxoş olduqlarından ilkin mərhələdə dindirilmələri mümkün olmayıb. Araşdırmalar davam etdirilir.

Şərh verin