Neymarın səhhəti açıqlandı

Braziliya Futbol Federasiyası “Santos”un hücumçu Neymarın sağalmasında yaxşı irəliləyiş olduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, bu haqda federasiya “X” sosial media platformasında məlumat yayıb. “Bazar ertəsi Neymar MRT-dən keçib və analizlər onun sağalmasında yaxşı irəliləyiş göstərib. O, Braziliya milli futbol komandasının həkim komissiyasının müəyyən etdiyi plana əməl edəcək”, - məlumatda deyilir. Qeyd edək ki, Neymar “Santos”un “Kuritiba”ya 3:0 hesabı ilə uduzduğu matçda zədə alıb.