Azərbaycan yığmasını bu axşam vacib sınaq gözləyir

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. Milli.Az xəbər verir ki, millimiz San Marino ilə üz-üzə gələcək. Macarıstandakı "Haladaş" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək. Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, San Marino isə 211-ci pillədə qərarlaşıb. Xatırladaq ki, Azərbaycan millisi Avstriya toplanışındakı ilk matçında Maltaya uduzub - 0:2. Yoxlama oyunu 9 iyun 22:00. Azərbaycan - San Marino Baş hakim: Marton Ruş (Macarıstan) Sombatxey, "Haladaş" stadionu Milli.Az