London klubu 14 futbolçunu YOLA SALDI

İngiltərənin "Fulhem" klubu heyətdə ciddi dəyişikliklərə gedib. Milli.Az xəbər verir ki, London təmsilçisi müqavilə müddəti başa çatan meksikalı hücumçu Raul Ximenes ilə yanaşı, daha 13 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. Komandanı tərk edənlər arasında qapıçı Stiven Benda, müdafiəçi Devan Tanton və akademiyanın bir sıra gənc üzvləri yer alıblar. Klubdan ayrılan gənc oyunçular sırasında Çarli Robinson, Bredli De Hesus, Olli Qofford, Cozef Uolters, Tom Uingeyt, Kallum Kliff, Marsell Holl, Ruban Han, Oliver Mayer, Harli Pleytel və Kuinn Şutter də var. Bundan əlavə, 21 yaşlı Çarli Robinson dizindəki ciddi zədə səbəbindən peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib. Bununla belə, onun "Fulhem"in akademiyasında məşqçi kimi fəaliyyətini davam etdirəcəyi bildirilib. Klub rəhbərliyi ayrılan futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edərək gələcək karyeralarında uğurlar arzulayıb. Hüseyn Milli.Az